Canba

Mobil telefon ilə oynanılan, canlı və pul qazandıran bilik yarışmasıdır. Hər gün saat 21:00-da Canba bilik yarışmasına canlı baxın, suallara cavab verin və qazanın. Canba tamamilə pulsuzdur.

50K+

Yüklənmə sayı

2K+

5 ulduzlu rəy

10K+

Canlı izləyici

3K+

AZN Uduş məbləği

50K+

İstifadəçi sayı

Canba

Canba mobil telefon ilə oynanılan, canlı və pul qazandıran bilik yarışıdır. Hər gün saat 21:00-da Canba bilik yarışını canlı izləyin, suallara cavab verin və pul qazanın. Canba tamamilə pulsuzdur.

Necə oynayım?

Oyun başlayanda sizə bildiriş gələcək. Proqramı açın, canlı yayıma qoşulun və suallara cavab verin.
Suallar və cavabları ekranda əks olunur. Cəmi 12 sual və hər sualın 3 cavab variantı var. Cavab vermək üçün 10 saniyə ərzində düzgün hesab etdiyiniz variantın üzərinə klikləməlisiniz.

Can nədir?

Can qalib olmaq şansınızı artırır. Suala səhv cavab versəniz belə, Candan istifadə edərək oyuna davam edə bilərsiniz.

Necə qalib ola bilərəm?

Qalib olmaq üçün 12 sualın hər birinə düz cavab verməlisiniz.

Necə Can qazana bilərəm?

Candan necə istifadə edim?

Suala səhv cavab verdiyiniz halda ekrana Candan istifadə etmək istəyib-istəmədiyiniz barədə bildiriş gələcək. Həmin an “Bəli” cavabını seçməklə Candan istifadə edə bilərsiniz.

Can istifadə olunmadı. Niyə?

Siz Candan yalnız ilk 9 sualda istifadə edə bilərsiniz. 10, 11 və 12-ci suallarda Candan istifadə etmək olmaz.

Dəvət kodunu daxil edirəm, Can yüklənmir. Niyə?

Başqasının Dəvət kodunu öz profilinizdə daxil etməklə yalnız bir dəfə Can qazana bilərsiniz. Çünki siz yalnız bir nəfərin dəvətlisi ola bilərsiniz.

Dəvət kodunu paylaşıram, Can yüklənmir. Niyə?

Dəvət kodunuzu paylaşdığınız insanlar bu kodu öz profillərində daxil etməlidirlər. Bu halda həm sizə, həm də onlara 1 Can yüklənəcək.
Diqqət! Onlar öz profillərində ilk dəfə məhz sizin Dəvət kodunuzu daxil etsələr, hər iki tərəf Can qazanacaq.

Niyə Instagram-da @canba_az-ı izləməliyəm?

Instagram-da @canba_az-ı izləməklə qalib olmaq şansınızı artıra bilərsiniz. Çünki hər gün 12 sualdan birinin cavabını burada paylaşırıq.
@canba_az-da həm də Canba ilə bağlı ən son yeniliklərlə tanış ola, Can qazanmaq üçün tez-tez keçirilən kampaniyalarda iştirak edə bilərsiniz.

Qazandığım pul realdır?

Bəli.

Pulu necə çıxarım?

Qazandığınız məbləğ 10 AZN-ə çatıbsa, onu çıxara bilərsiniz. Bunun üçün proqram daxilində Pul çıxart düyməsinə klikləyin. Açılan xanaya mobil nömrənizi daxil edin. Əməkdaşlarımız 3 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar. Pul istəyinizə uyğun olaraq mobil telefonunuzun balansına və ya kart hesabınıza yüklənəcək.